Front-end proqramlaşdırma — istifadəçinin veb-səhifədə gördüyü və qarşılıqlı əlaqə qurduğu bütün vizual və interaktiv hissələrin hazırlanması prosesidir. Bir veb sayt açarkən qarşınıza çıxan menyular, şəkillər, mətnlər, düymələr və animasiyalar front-end developer tərəfindən yazılmış kodların nəticəsidir.
Front-End və Back-End arasındakı fərq!
Proqramlaşdırma ümumiyyətlə iki əsas sahəyə bölünür: Front-end (istifadəçi tərəfi) və Back-end (server tərəfi).
Front-end veb saytın vizual hissəsini əhatə edir, back-end isə bu vizual hissənin arxa plandakı işləmə mexanizmini təmin edir.
Front-End Proqramlaşdırma Dilləri Hansılardır?
Front-end inkişafında əsasən bu texnologiyalardan istifadə olunur:
- HTML (HyperText Markup Language) – Veb səhifənin strukturunu yaradır
- CSS (Cascading Style Sheets) – Veb səhifənin dizaynını və tərtibatını formalaşdırır
- JavaScript – Səhifəyə interaktivlik və dinamiklik əlavə edir
- JQuery, React, Vue.js kimi JavaScript kitabxanaları və framework-lər – İnkişafı daha sürətli və effektiv edir.
Statik və dinamik veb səhifələr arasındakı fərq!
Statik veb səhifələr
- HTML və CSS ilə yazılır
- Məzmun tez-tez dəyişmir
- Sadə təqdimat saytları üçün uyğundur
- Redaktə üçün texniki bilik tələb olunur
Dinamik veb səhifələr
- PHP, ASP.NET və ya JavaScript framework-lərlə hazırlanır
- Admin panel ilə idarə olunur
- Məzmun tez-tez dəyişir (məsələn, bloqlar, e-ticarət saytları)
- İstifadəçi ilə qarşılıqlı əlaqə qurur
Front-end tərəfi niyə vacibdir?
- İlk təəssürat: İstifadəçi ilk olaraq front-end ilə qarşılaşır. Dizayn və funksionallıq onun qərarına təsir edir.
- İstifadəçi təcrübəsi (UX): Sürətli, uyğunlaşdırılmış və cavab verən interfeys istifadəçinin məmnuniyyətini artırır.
- Mobil uyğunluq: Front-end texnologiyaları mobil qurğulara uyğun dizayn yaratmağa imkan verir.
Front-end öyrənmək sənə nə qazandıracaq?
- Yüksək tələbatlı peşə sahəsi
- Freelancer və remote (uzaqdan) iş imkanları
- Kreativlik və analitik düşüncə bacarıqlarının inkişafı
- Real layihələrlə portfolio yaratmaq və iş tapmaqda üstünlük
Front-end öyrənməyə indi başla!
Əgər sən də veb proqramlaşdırma sahəsində karyera qurmaq və dizaynla kodun gücünü birləşdirmək istəyirsənsə, front-end development sənin üçün doğru seçimdir. HTML, CSS, JavaScript kimi dillərlə ilk addımlarını at və texnologiya dünyasında yerini tut!