2018-ci ildən etibarən fəaliyyət göstərən ADAS Academy texnologiya, rəqəmsal bacarıqlar və peşəkar inkişaf sahəsində ixtisaslaşmış qabaqcıl tədris və inkişaf platformasıdır. Biz yalnız bilik ötürmürük, eyni zamanda insan potensialını üzə çıxarır, karyera yönümlü bacarıqlar qazandırır və fərdi inkişafı təşviq edən ekosistem yaradırıq.
Fəaliyyətə rəqəmsal peşə sahələrinin tədrisi ilə başlayan ADAS bu gün Microsoft Office proqramları, xarici dil hazırlıqları (General English, IELTS və s.) və fərdi inkişaf modulları daxil olmaqla geniş spektrli təlim xidmətləri təqdim edən çoxşaxəli bir mərkəzə çevrilmişdir.
ADAS Academy bu günə qədər yüzlərlə fərdin peşəkar inkişafına töhfə vermiş, onları əmək bazarının real tələblərinə cavab verən bilik və bacarıqlarla təchiz etmişdir. Məzunlarımız yerli və beynəlxalq əmək bazarında uğurla təmsil olunur.
Təlim prosesi müasir pedaqoji yanaşmalar, praktik yönümlü metodika və fasilitator əsaslı öyrənmə mühiti ilə təşkil olunur. ADAS komandası hər bir iştirakçının fərdi potensialını ön planda saxlayaraq onu yalnız kurs məzunu kimi deyil, peşəkar və cəmiyyətə dəyər qatan fərd kimi yetişdirməyi qarşısına məqsəd qoyur.
Biz inanırıq ki, bilik yalnız nəzəriyyə ilə məhdudlaşmamalıdır. ADAS-da öyrənən hər bir şəxs bu ekosistemin bir parçası, davamlı inkişaf və innovasiya mədəniyyətinin daşıyıcısıdır.
Uğurlu gələcək, güclü müəllimlərlə başlayır.
Müəllif Hüquqları © 2015 - 2026 Webcoder Agency Bütün Hüquqlar Qorunur