3D, 4D, 5D modelləşdirmə kursu ilə virtual dünyalar yarat!
Bu kursda virtual obyektlər və mühitlər yaratmaqdan tutmuş, zaman və məkanla hərəkət edən dinamik modellərə qədər geniş bacarıqlar əldə edəcəksən. Hədəfimiz səni 3D dizayn və modelləşdirmə sahəsində müasir alətlərlə tanış etmək və real layihələr hazırlamağa hazır vəziyyətə gətirməkdir.
Kursda nələri öyrənəcəksən?
- 3D modelləşdirmə - Obyektlər və məkanlar yaratmaq üçün əsas alətlər və texnikalarla tanışlıq (formalar, teksturalar, işıqlandırma və s.);
- 4D modelləşdirmə - Zaman və hərəkət elementlərini modellərə əlavə etməklə interaktivlik və animasiya yaradıcılığı;
- 5D modelləşdirmə - Zaman, məkan və məlumat qatlarını birləşdirən mürəkkəb layihələrin hazırlanması (məsələn, inşaatda BIM tətbiqləri);
- Animasiya və vizual effektlər - Yaradılmış modelləri hərəkətə gətirmək, vizual effektlər və realist görünüşlər əlavə etmək;
- Yaradıcı layihələr - Həm real, həm də virtual aləmlər üçün orijinal dizayn və modellərin hazırlanması.
Əgər sən də gələcəyin dizayn dünyasında iz qoymaq istəyirsənsə, elə indi bizə qoşul! ADAS ilə yaradıcılığını formaya sal və modelləşdirmənin yeni ölçülərini kəşf et!