Müasir rəqəmsal məhsullar yalnız göz oxşamalı deyil, həm də intuitiv və funksional olmalıdır.
ADAS-ın UI/UX dizayn kursu ilə istifadəçi mərkəzli dizayn düşüncəsini mənimsəyəcək, real alətlərlə layihələr quracaq və effektiv interfeyslər hazırlayacaqsan.
UI və UX nədir?
- UI (User Interface) – Görünən dünyadır. İstifadəçinin qarşılaşdığı rəqəmsal elementlər: rənglər, düymələr, şriftlər, keçidlər və animasiyalar – bütün vizual estetika UI dizaynın əsasıdır.
- UX (User Experience) – Hiss olunan dünyadır. Dizayn yalnız göz üçün deyil, həm də hisslər üçündür. UX dizayn istifadəçinin saytda keçirdiyi vaxtın rahat, məntiqli və məqsədyönlü olmasını təmin edir.
Kursda nələr öyrənəcəksən?
- Figma proqramı ilə işləmə - UI dizaynları yaratmaq, komponentlər qurmaq, auto-layout və responsive dizayn prinsiplərini öyrənmək.
- Prototiplər hazırlamaq - Sayt və tətbiqlərin interaktiv nümunələrini hazırlamaq və təqdim etmək.
- Empathy Map hazırlamaq - İstifadəçilərin nə düşündüyünü, hiss etdiyini və gözlədiyini başa düşmək üçün vizual xəritələrdən istifadə.
- User Flow qurmaq - İstifadəçinin veb-sayt və ya tətbiq daxilində hansı mərhələlərdən keçəcəyini planlaşdırmaq.
- UX testləri və A/B analizləri aparmaq - Hazırladığınız dizaynları real istifadəçilərlə sınaqdan keçirmək, geri bildirimləri toplamaq və təkmilləşdirmələr etmək.
Bu kurs kimlər üçündür?
- Rəqəmsal məhsul və saytlar dizayn etmək istəyənlər;
- Figma və prototiplərlə işləməyə başlamaq istəyən yeni dizaynerlər;
- Mövcud dizayn biliklərini dərinləşdirmək istəyən peşəkarlar;
- UI/UX sahəsində karyera qurmaq istəyən texnoloji düşüncəli yaradıcılar.
Nəticədə nə əldə edəcəksiniz?
- Peşəkar UI/UX dizayn portfeli;
- Real layihələrlə işləmə bacarığı;
- İş mühitinə uyğun Figma workflow-u;
- Dizayn düşüncəsinə yeni bir yanaşma.
UI/UX dizaynı yalnız bir sahə deyil – istifadəçini anlamaq, problemi həll etmək və funksional estetika yaratmaq sənətidir. İndi ADAS-ın təqdris proqramına qoşul və kliklərin arxasında duran strategiyaları özün qur!