Veb-saytların necə yaradıldığı və necə işlədiyi ilə maraqlanırsınız? O zaman Front-end proqramlaşdırma kursu sizin üçündür. Bu kursla istifadəçi dostu və interaktiv veb-saytlar yaratmağı öyrənəcəksiniz.
Front-End development nədir?
Front-end, veb-saytın və ya tətbiqin istifadəçiləri qarşılayan və görünən hissəsidir. Yəni, saytın görünüşü, dizaynı, necə işlədiyi və istifadəçi ilə necə əlaqə qurduğu bu sahəyə daxildir. Front-end developerlər saytdan istifadəni yaxşılaşdıran kodları yazır.
Bu kursda nələr öyrənəcəksiniz?
- HTML. Veb-saytların əsas strukturunu qurmağı öyrənəcəksiniz;
- CSS. Saytın görünüşünü, dizaynını və rənglərini necə tərtib edəcəyinizi öyrənəcəksiniz;
- SASS. CSS kodlarınızı daha səliqəli və təkrar istifadə edilə bilən şəkildə yazmağı öyrənəcəksiniz.
- JavaScript. Sayta interaktiv xüsusiyyətlər əlavə etməyi öyrənəcəksiniz (düymələrin işləməsi, formaların doldurulması, istifadəçi ilə dinamik əlaqə yaratmaq və s.).
- AJAX. Saytı yenidən yükləmədən serverdən məlumat almağı və istifadəçiyə daha sürətli təcrübə təqdim etməyi öyrənəcəksiniz.
- React. Dinamik və sürətli veb tətbiqləri yaratmağı öyrənəcəksiniz, böyük saytları asanlıqla idarə etmə bacaracaqsınız.
- Material UI & React Strap. Hazır dizayn komponentlərindən istifadə edərək daha tez və müasir görünümlü saytlar hazırlamağı öyrənəcəksiniz.
- GitHub. Kodlarınızı təhlükəsiz saxlamağı, dəyişiklikləri izləməyi və komanda ilə birgə işləməyi öyrənəcəksiniz.
- Responsiv dizayn. Saytı mobil telefon, planşet və masaüstü cihazlarda mükəmməl görünəcək şəkildə dizayn etməyi öyrənəcəksiniz.
Bu sahəyə girmək və öz peşəkar veb saytınızı yaratmaq üçün ilk addımı atın. Kursumuza qoşulun və Front-end Development dünyasına daxil olun!