Back-end arxitektura sənə tanışdırsa, kodlarla sistemlər qurmaqdan zövq alırsansa və bu bilikləri paylaşmaq istəyirsənsə, ADAS academy səni komandaya dəvət edir!
Tədris məzmunu:
- PHP və Laravel framework
- MySQL və verilənlər bazası dizaynı
- API-lərin yaradılması və istifadəsi (RESTful)
- Authentication və Role-based Access Control
- Server və hosting prinsipləri
- Versiya nəzarəti (Git & GitHub)
- OOP prinsipi və əsasları
- MVC və API arxitekturası
- Composer və digər PHP dependency menecerləri ilə işləmə
Tələblər:
- Back-end üzrə minimum 3+ il real iş və ya tədris təcrübəsi
- Laravel ilə tam işlək sistem hazırlamış olmaq
- Müxtəlif səviyyəli tələbələrə uyğunlaşdırılmış izah bacarığı
- Praktik yönümlü dərs qurmaq və tələbələri real layihəyə inteqrasiya etmək
- Həftədə minimum 3 dəfə mərkəzdə dərs keçmək imkanı
Biz nə təklif edirik?
- Rəqabətədavamlı əmək haqqı
- Real layihə əsaslı praktika mühiti
- Müasir sinif otaqları və texniki dəstək
- Təlim materialları və mentor dəstəyi
- Komanda içində inkişaf və təlim imkanları
Müraciət üçün:
CV və varsa real layihələrinizi (GitHub linki və ya portfolio) job@adas.edu.az ünvanına göndərin.
Məktubun mövzu hissəsində “Back-end müəllimi” yazmağı unutmayın.