Hərəkətli vizuallarla hekayə danışmağı sevirsənsə və bu sənəti öyrətməyə hazırsansa, ADAS academy səni komandaya dəvət edir! Biz Motion Design sahəsində təcrübəli müəllim axtarırıq.
Tədris məzmunu:
- Adobe After Effects və Premiere Pro proqramlarında animasiya əsasları
- Motion dizaynın 12 əsas prinsipi
- Kinetic Typography, Logo Animation və Visual FX
- Storyboard və konsept inkişafı
- Audio-vizual uyğunluq (timing, soundtrack, sync)
- Maskalama, keyframe, easing və pluginlərlə işləmə (Ease and Wizz, Flow və s.)
- Real layihələr və portfoliolu nəticələr
Tələblər:
- Motion dizayn sahəsində minimum 3+ il iş və ya tədris təcrübəsi
- After Effects və Premiere Pro proqramlarında yüksək səviyyəli işləmə bacarığı
- Tədris zamanı tələbəyə yönəlmiş, mərhələli izah qabiliyyəti
- Fərqli çətinlik səviyyələrində layihələr hazırlamaq və yönləndirmək bacarığı
- Həftədə minimum 2 dəfə ADAS mərkəzində dərs keçmək imkanı
Biz nə təklif edirik?
- Rəqabətədavamlı əmək haqqı və modul əsaslı ödəniş
- Real layihələr üzərində praktiki tədris imkanı
- Kreativ, texnoloji və estetik baxımdan zəngin tədris mühiti
- Portfolio dəstəyi və tələbə animasiyalarının yayımı
- Təlim resursları və metodoloji istiqamət dəstəyi
Müraciət üçün:
CV və varsa animasiya işlərinizin linkini (Vimeo, YouTube, Behance və s.) job@adas.edu.az ünvanına göndərin.
Məktubun mövzusunda “Motion Design müəllimi” yazmağı unutmayın.