İki yol, bir seçim: front end və ya backend?
Proqramlaşdırmaya yeni başlayanların qarşılaşdığı ilk suallardan biri budur: “Front end yoxsa backend?” Hər iki sahə proqramlaşdırmanın əsas sütunları olsa da, yanaşmaları və məqsədləri fərqlidir. Bir tərəfdə istifadəçinin qarşısına çıxan vizual elementlər (front end), digər tərəfdə isə sistemin arxa planda necə işlədiyini tənzimləyən texnologiyalar (backend) dayanır.
Əgər siz də “front end nədir?”, “front end developer nə iş görür?”, “backend nə ilə məşğuldur?” və ya “bir sistemin arxa tərəfində nələr baş verir?” kimi suallar üzərində düşünürsünüzsə, bu yazı sizin üçün aydın bir yol xəritəsi olacaq.
Front End nədir?
Front End – bir saytın və ya tətbiqin istifadəçiyə görünən hissəsidir. Buraya dizayn, interfeys, düymələr, şəkillər, menyular və digər vizual elementlər daxildir. Front end developer bu görünən hissəni HTML, CSS və JavaScript kimi texnologiyalarla kodlaşdırır. Məsələn, istifadəçi sayta daxil olduqda klik etdiyi hər şeyin (menyu, animasiya, forma və s.) arxasında front end kodları dayanır.
Front End Developer nə iş görür?
- Saytın dizaynını koda çevirir
- Saytı mobil uyğun hala gətirir
- İstifadəçi ilə qarşılıqlı əlaqə yaradır
- Dizayn və UX prinsiplərinə əsasən işləyir
Back End nədir?
Back End – saytın sever tərəfi, yəni istifadəçiyə görünməyən, amma bütün funksiyaların işləməsini təmin edən hissəsidir. Məlumat bazası, istifadəçi qeydiyyatı, məlumatın saxlanılması və emalı kimi proseslər back end ilə həyata keçirilir. Back end developer PHP, Node.js, Python, Laravel, ASP.NET kimi texnologiyalardan istifadə edir.
Back End developer nə iş görür?
- Server və verilənlər bazası ilə işləyir
- Formlardan gələn məlumatları qəbul edib emal edir
- API-lər hazırlayır və idarə edir
- Təhlükəsizlik və performans məsələlərinə cavabdehdir
Front End və Back End arasındakı əsas fərqlər:
- İstifadəçi ilə əlaqə:
- Front End: İstifadəçi ilə birbaşa qarşılıqlı əlaqədədir (interfeys).
- Back End: İstifadəçi ilə birbaşa əlaqəsi yoxdur, arxa planda işləyir.
- İşlədilən Texnologiyalar:
- Front End: HTML, CSS, JavaScript, React
- Back End: PHP, Node.js, Python, Laravel və s.
- Əsas məqsəd:
- Front End: Görünən hissəni qurmaq və dizaynı tətbiq etmək
- Back End: Verilənləri emal etmək, server və bazanı idarə etmək
- Məsuliyyət sahəsi:
- Front End: UX/UI dizayn, interaktivlik
- Back End: Məlumat axını, təhlükəsizlik, API hazırlığı
- İşin xarakteri:
- Front End: Vizual, istifadəçi yönümlü
- Back End: Məntiqi, funksional, texniki
Sənə daha uyğun hansıdır?
Artıq front end və back end arasındakı fərqləri bilirsiniz. İndi öz marağınıza uyğun istiqaməti seçmək vaxtıdır. Əgər vizuallıq, dizayn və interaktivlik sizi cəlb edirsə – front end; məlumat bazası, server və funksional məntiq maraqlıdırsa – back end sizin yolunuz ola bilər. Öyrənməyə bu gün başlayın, çünki hər iki sahə üzrə developer vakansiyaları daim artmaqdadır!