Səhv Vərdişlər, Səhv Yazılışlar !
Proqramlaşdırma ilə maraqlanan çox adam “fronted” və “frontend” sözlərini eyni mənada işlədir. Bəzən vakansiya elanlarında belə “Fronted Developer axtarılır” kimi ifadələr görürük. Amma bu, texniki baxımdan yanlış termin istifadəsidir. Bəs bu fərq haradan yaranır? “Fronted” nədir? “Frontend” nədir? Bu yazıda bu iki anlayışı ayırd edəcək, doğru terminologiyanın vacibliyindən danışacağıq.
Frontend nədir? – Doğru və Qəbul Olunmuş Termin !
Frontend – veb və mobil proqramlaşdırmada istifadə olunan rəsmi və geniş yayılmış termindir. Bu söz ingilis dilində “ön tərəf” anlamına gəlir və saytın istifadəçiyə görünən hissəsini ifadə edir. HTML, CSS, JavaScript kimi texnologiyalarla yaradılan bu hissə, istifadəçinin saytla birbaşa qarşılıqlı əlaqədə olduğu sahədir.
Frontend developer – bu interfeysi yaradan mütəxəssisdir. Onun əsas vəzifəsi vizual baxımdan estetik, funksional baxımdan istifadəyə yararlı sistemlər qurmaqdır.
Fronted” nədir? – Səhv Yazanların Sevimli Sözüdür !
Fronted əslində İngilis dilində “front” feilinin keçmiş zaman formasıdır və proqramlaşdırma ilə heç bir əlaqəsi yoxdur. Lüğəvi mənada “önündə durdu”, “ön hissədə yerləşdi” kimi tərcümə edilə bilər. Amma bu söz IT terminologiyasında istifadə olunmur. Buna baxmayaraq, Azərbaycanda və digər qeyri-ingilisdilli ölkələrdə bəzən yazı səhvləri və dil fərqləri ucbatından bu söz yanlış şəkildə işlədilir.
Özünü Doğru İfadə Et, Doğru Terminlərlə!
Əgər proqramlaşdırma sahəsində ciddi karyera qurmaq istəyirsinizsə, düzgün terminologiya sizin vizit kartınızdır. Bu gündən etibarən “fronted” sözünü unudun. “Frontend” – həm doğru, həm də sizi daha peşəkar göstərəcək seçimdir.