A-dan Z-yə rəqəmsal marketinq kursu ilə praktik bacarıqlar qazan və mütəxəssis ol!
Rəqəmsal marketinq müasir dünyanın əsas peşələrindən biridir. ADAS-da təşkil edilən rəqəmsal marketinq kursu real layihələrdə işləmə və portfolio hazırlamaq kimi imkanlarla səni bu sahənin peşəkarına çevirir.
4 ay – 4 blok – 4 nəticə prinsipi ilə qurulan kurs sənə Meta, Google, SEO, TikTok və LinkedIn reklamlarından tutmuş analitik hesabatlar və kampaniya briflərinə qədər hər sahədə əhatəli bilik qazandıracaq.
Bu kursda nələri öyrənəcəksən?
- Rəqəmsal marketinqin əsasları və sosial media reklamları
- Google & YouTube reklamları
- SEO və kontent bacarıqları
- Analitika, TikTok & LinkedIn reklamları
Kursun üstünlükləri:
- Güclü portfolio
- Həftədə 2 dəfə 2 saat olmaqla 64 saatlıq praktiki tədris
- Real layihələr və reklam kampaniyalarında iştirak etmək
- Kursu bitirənlər üçün rəsmi ADAS sertifikatı
Bu kurs kimlər üçündür?
- Marketinq sahəsində sıfırdan peşəkar səviyyəyə gəlmək istəyənlər
- Freelancer kimi işləmək və ya reklam agentliklərində karyera qurmaq istəyənlər
- Şəxsi biznesini, brendini və ya layihəsini rəqəmsal aləmdə inkişaf etdirmək istəyənlər
- SEO, SMM, Google Ads və analitika sahələrində ixtisaslaşmaq istəyənlər
Niyə rəqəmsal marketinq?
- Geniş auditoriyaya çatmaq imkanı;
- Az xərclə yüksək nəticələr (ROI - Return on Investment);
- Dəqiq hədəfləmə ilə effektiv kampaniyalar;
- Real nəticələrə əsaslanan strateji təkmilləşdirmə.
Əgər sən də bu sahədə peşəkarlaşmaq və rəqəmsal dünyada öz yerini tutmaq istəyirsənsə, ADAS-ın rəqəmsal marketinq kursu məhz sənin üçündür!