Back-end veb-saytın istifadəçi tərəfindən görünməyən hissəsidir.
Bu hissə məlumatların bazaya yazılması, istifadəçinin daxil etdiyi məlumatların işlənməsi və sistemin təhlükəsizliyi kimi texniki prosesləri idarə edir.
Yəni, bir istifadəçi saytda qeydiyyatdan keçirsə, giriş edirsə və ya məlumatları bazada saxlayırsa, bu funksiyalar back-end developer tərəfindən yazılmış kodlar vasitəsilə həyata keçirilir.
PHP. Back-end proqramlaşdırmanın əsas dillərindən biridir. Bu dildə siz server tərəfli funksiyalar yazmağı və veb-səhifələri idarə etməyi öyrənəcəksiniz.
Laravel. PHP üçün hazırlanmış ən məşhur “framework”-dür. Laravel ilə siz daha təmiz, təhlükəsiz və sürətli kodlar yaza biləcəksiniz.
JavaScript. Serverlə əlaqə yaratmaq, API-lərlə işləmək və məlumatları idarə etməyi öyrənəcəksiniz.
MySQL və Verilənlər Bazası İdarəetməsi. Məlumatların necə saxlanıldığını, axtarıldığını və yeniləndiyini öyrənəcəksiniz.
RESTful API-lər. Müxtəlif tətbiqlərin bir-biri ilə necə əlaqə qurduğunu başa düşəcək və öz API-lərinizi qurmağı öyrənəcəksiniz.
Əgər siz də saytların necə işlədiyini dərindən öyrənmək, peşəkar layihələr hazırlamaq və bu sahədə karyera qurmaq istəyirsinizsə, bu kurs tam sizin üçündür.
Elə indi qoşulun və veb-proqramlaşdırma dünyasında öz yerinizi tutun!
Müəllif Hüquqları © 2015 - 2026 Webcoder Agency Bütün Hüquqlar Qorunur