Öyrən, inkişaf et, irəlilə!

SAT riyaziyyat abituriyent hazırlığı

SAT riyaziyyat kursu ilə təhsildə qloballaşmaq çox asandır!

SAT riyaziyyat imtahanı ABŞ və digər ölkələrin aparıcı universitetlərinə qəbul üçün əsas göstəricilərdən biridir. Qabaqcıl riyazi düşüncə, problem həll etmə bacarığı və məntiqi analiz bu imtahanda uğurun əsasını təşkil edir.

ADAS-da SAT riyaziyyat kursu beynəlxalq proqramlara uyğun şəkildə hazırlanıb və tələbələrin həm əsas biliklərini möhkəmləndirməyə, həm də imtahan strategiyalarını inkişaf etdirməyə yönəlib. Kurs peşəkar müəllim heyəti və praktiki yanaşma ilə fərqlənir.

 

Kursda nələri öyrənəcəksən?

  • Cəbr və qabaqcıl riyaziyyat;
  • Həndəsə və trigonometriya;
  • İmtahan strategiyaları;
  • Problemlərin həlli və məlumat təhlili.

 

Kurs kimlər üçündür?

  • ABŞ və beynəlxalq universitetlərə qəbul üçün SAT imtahanına hazırlaşan abituriyentlər;
  • Riyaziyyat biliklərini beynəlxalq standartlara uyğun səviyyədə təkmilləşdirmək istəyənlər;
  • Gələcəkdə mühəndislik, iqtisadiyyat, texnologiya və digər sahələrdə təhsil almağı planlaşdıran şagirdlər.

 

Tədris formatı:

  • Fərdi və qrup dərsləri;
  • Səviyyəyə uyğun proqram seçimi (SAT və ya Pre-SAT);
  • İnteraktiv dərslər, praktiki tapşırıqlar və real imtahan nümunələri;
  • Kurs sonunda ADAS sertifikatı.

 

ADAS-ın SAT riyaziyyat kursu sayəsində beynəlxalq imtahanlarda üstünlük qazan və məqsədinə doğru inamla addımla!

Show More
Qeydiyyatdan kec
  • Müddət 24 ay