Öyrən, inkişaf et, irəlilə!

Ənənəvi marketinq kursu

Ənənəvi marketinq rəqəmsal dövrdən əvvəl formalaşmış, lakin bu gün də gücünü və təsirini qoruyan kommunikasiya vasitələrinə əsaslanan bir yanaşmadır.

Televiziya, radio, qəzet, jurnallar, billboardlar, plakatlar və tədbirlər kimi kanallar vasitəsilə markalar hədəf auditoriyaya birbaşa çıxış imkanı əldə edir. Bu kanallar, xüsusilə geniş kütlələrə təsir etmək və mesajın yadda qalmasını təmin etmək baxımından hələ də əvəzolunmazdır.

 

ADAS-ın ənənəvi marketinq kursunda nələr öyrənəcəksən?

  • Kanal strukturları və əhatə sahəsi - Televiziya, radio, çap media və açıq hava reklamlarının necə işlədiyini, hansı auditoriyalara necə təsir etdiyini və hansı hallarda bu kanallardan istifadə edilməli olduğunu öyrənəcəksən;
  • Reklam formatları və yerləşdirmə strategiyaları - Müxtəlif reklam formatlarını tanıyacaq, reklamın vaxtı, yeri və mesaj uyğunluğu kimi faktorların kampaniyanın uğuruna necə təsir etdiyini analiz edəcəksən;
  • Event marketinqi və sponsorluq - Brendlərin tədbirlərdə necə tanıdıldığını, sponsorluğun kommunikasiya baxımından dəyərini və insanların marka ilə fiziki təmasının yaratdığı emosional bağları öyrənəcəksən;
  • Kreativ dizayn və mesaj ideyaları - Plakatlardan tutmuş çap broşürlərinə qədər ənənəvi formatlar üçün mesajların necə formalaşdırıldığını, sadəlik və təsirliliyin necə balanslaşdırıldığını praktiki nümunələrlə kəşf edəcəksən;
  • Media planlama və büdcənin idarə edilməsi - Ənənəvi media kampaniyalarında planlaşdırma, vaxt bölgüsü və maliyyə resurslarının necə idarə olunacağını öyrənəcək, real nümunələrlə tanış olacaqsan.

 

Bu kurs sənə yalnız marketinqin texniki tərəflərini deyil, həm də onun psixoloji və strateji təməllərini başa düşmək fürsəti verəcək. Əldə etdiyin biliklərlə istənilən layihədə sərbəst şəkildə məqsədyönlü və təsirli reklam kampaniyaları qura biləcəksən.

Show More
Qeydiyyatdan kec
  • Müddət ay